Mbappeyə fantastik bonus ödəndi

“Real”ın futbolçusu Kilian Mbappenin Madrid klubuna transferinin maliyyə detallarını açıqlanıb.

turaninsesi.az” El Nacional-a istinadla xəbər verir ki, klub forvarda 117 milyon avro + illik əmək haqqı məbləğində bonus ödəyib.

Ötən yay “Real”la imzaladığı müqavilədə həmin bonusun ödənilməsiə dair bənd olub. 

Mbappe bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 27 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.