“Açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək” – İlham Əliyev

“Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək”.
“turaninsesi.az” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında səsləndirib.
Dövlətimizin başçısı bildirib ki, çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.