Şəhid Baş Leytenant Rzazadə Həsən Vüqar oğlu

Vətən sadəcə bir torpaq parçası deyil,millətin namusu, qüruru,ana qucagidir.Azadliq bir sözlə, hər şeydir.

Vətən bir xalqın,onun şəhidlərinin,qazilərinin müqəddəs torpağıdır,qanımızın axdığı yerdir.

Vərən uğrunda düşmənlə qorxmadan vuruşan,canlnl fəda edən oğullara, qızlara “ŞƏHİD”deyilir.

Şəhidlik əslində qəhrəmanın ölümü deyil,Uca Allahln dərgahında ölümün qəhrəmanlığıdir.

Eşq olsun müqəddəs torpağın ŞƏHİD oğullarına!

Vətən onları unutmayacaq!

ŞƏHİD RZAZADƏ HƏSƏN VÜQAR OĞLU .29.10.2020.Ruhun şad olsun ŞƏHİDİM.

Yuxarıda qeyd olunan qəlbə toxunan , həm qürur , həm də kədər hissi ilə yazdığım cümlələr Zəngilan rayonu 33 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi Zəminə İsmayılovanın WhatsApp statusundakı paylaşımında diqqətimi çəkdi.

Turanın səsi”-in məlumatına əsasən gənc müəllimə Şəhidimizin adını daşıyan sinif otağında dərs dediyi uşaqlarla birgə şəhidimizi qürurla anaraq öz vəzifə borcunu vətəninə , torpağına , xalqına olan böyük sevgisini təqdim edəcəyim videoda görəcəksiniz . Həmin videonu təqdim edirik .

Məhz bu video da müəllimənin WpatsApp statusunda yer alan paylaşımdan biridir .

Bəli müəllimə çox şərəfli və ağır peşədir

  «Mənə bir hərf öyrədənin köləsi olaram». Bu sözlər Islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə, məslək uğrunda uca şəhidlik zirvəsinə yüksələn Həzrəti Əlinin öyrədənin – müəllimin əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.

Zəminə müəllimənin bu və digər xidmətlərini saymaqla bitməz .

Turanın səsi” informasiya portalı olaraq bir media nümayəndəsi kimi üzərimizə düşən Zəminə müəllimənin necə peşəkar , şərəfli bir müəllimə olduğunu Azərbaycan xalqına tanıtmağı vəzifə borcumuzdan hesab edirik.

Təşəkkürlər Zəminə müəllimə !

TURANIN SƏSİ” Arzu Paşaqızı

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir