WUF13-də bayraq qaldırma mərasimi keçirilib

Mayın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda BMT-nin rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

turaninsesi.az ” xəbər verir ki, orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı və Birləşmiş Millətlər Təşkilatının bayrağı qaldırılıb.

Qeyd edək ki, mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutur. 

Arzu Paşaqızı