TDT baş katibindən Müstəqillik Gününə təbrik
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanı təbrik edib.
“turaninsesi.az ” xəbər verir ki, baş katib bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycan Hökumətini və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu tarixi gün Azərbaycan xalqının dözümlülüyünü, qətiyyətini, suverenliyinə və müstəqilliyinə sarsılmaz bağlılığını təcəssüm etdirir. Qardaş Azərbaycana davamlı sülh, birlik, tərəqqi və uzunmüddətli rifah arzulayıram”, – o bildirib.
Arzu Paşaqızı