İran XİN rəhbərinin müavini Bakıya gəldi
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Bakıya gəlib.
“turaninsesi.az ” Fars News-a istinadla xəbər verir ki, o, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Konfransın Zirvə Görüşündə iştirak edəcək.
K.Qəribabadi Asiya ölkələrinin dövlət başçıları səviyyəsində keçiriləcək bu zirvə görüşündə İranın mövqeyini, xüsusən də regiondakı qeyri-sabitlik, ABŞ və İsrailin rejimin hərbi təcavüzü və İran xalqına qarşı cinayətləri ilə bağlı məsələləri izah edəcək.
Arzu Paşaqızı