FİDAN Azərbaycana gəldi
Türkiyənin xarici işlər naziri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfər edib.
“turaninsesi.az ” “Hürriyet”ə istinadən xəbər verir ki, o, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Hakan Fidanı hava limanında gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb.
Arzu Paşaqızı