Ermənilər Bakıya gəlir
Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycana rəsmi səfərə gəlməyə hazırlaşırlar.
“turaninsesi.az ” xəbər verir ki, iki ölkə arasında etimadın qurulması, dialoqun təşviqi və sülh quruculuğu prosesinə dəstək məqsədi daşıyan bu səfər çərçivəsində bir sıra vacib görüşlərin keçirilməsi planlaşdırılır. Təşəbbüsün əsas məqsədi regionda davamlı sülhün bərqərar olunmasına, tərəflər arasında qarşılıqlı anlaşılan mövqeyin formalaşmasına və cəmiyyətlərarası təmasların artırılmasına töhfə verməkdir.
Səfər çərçivəsində Ermənistan heyətinin azərbaycanlı həmkarları, hüquq müdafiəçiləri və ekspertlərlə bir araya gələrək humanitar məsələlər, post-münaqişə dövründə reabilitasiya və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsü Cənubi Qafqazda sabitliyin təmin olunması və regional inteqrasiya addımlarının sürətləndirilməsi istiqamətində mühüm platformalardan biri kimi qiymətləndirilir.
Arzu Paşaqızı