Fransa ermənipərəst mövqeyindən əl çəkmir

Fransa ermənipərəst mövqeyindən əl çəkmir. İndi də xəbər yayılıb ki, bəs Fransa Ermənistanla Qarabağı birləşdirən yoldakı azərbaycanlı ekoloqların haqlı etirazını BMT Təhlüksəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəyir. Fransa bu ilin sentyabr ayında da Azərbaycan-Ermənistan təmas xəttindəki toqquşmanı bəhanə gətirərək məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmaq istəyirdi alınmadı.

“Turanın səsi ” xəbər verir ki , Milli Məclisin Vitse-Spikeri Adil Əliyev bu barədə öz facebook səhifəsində paylaşaraq bildirmişdir.

BMT Təhlükəsizlik Şurasının Fransadan başqa 4 daimi üzvü var və heç də hamısı Paris kimi düşünmür. Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdilər.

Azərbaycan ordusu təxribata cavab vermiş və düşməni yerində otuzdurmuşdu. BMT səviyyəsində müzakirə edilməli məsələ var idisə, o da Ermənistan silahlı qüvvələrinin təxribatı idi.
Evin şüşədəndirsə başqasına daş atmamalısan. Fransanın Korsika adasında ciddi problemləri mövcuddur. Sən bizim daxili işlərimizə qarışıb erməni separatçılarına açıq dəstək verməkdə davam edəcəksənsə, biz də Parisin korsikalılarla, o cümlədən Afrika ölkələriylə bağlı siyasətini sorğulayacağıq. Sənə olarsa bizə niyə olmasın? “Erməni separatçılığı yaxşıdır, Korsika separatçılığı pisdir” yanaşmasını qəbul etməyəcəyik.

Sən Korsikanın ayrılmasına imkan vermirsənsə, adada daima axtarışlar və həbslər həyata keçirirsənsə, biz niyə ərazi bütövlüyümüzü təmin etməməli, yataqlarımızın qanunsuz istismarına, ekologiyaya zərərə, bölgəyə silah və sursat daşınmasına göz yummalıyıq? Fransada irqi ayrı-seçkilik geniş vüsət alıb, bugünlərdə başa çatan futbol üzrə dünya çempionatında penal vura bilməyən Fransa milli komandasının qaradərili oyunçuları barədə bu ölkədə ən aşağılayıcı fikirlər səsləndirilir, yazılır.

Bu arada, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasın “KTMT Laçın dəhlizi problemini öz məsuliyyəti hesab etmir” açıqlamasına Fransada diqqət etməlidirlər. Ermənistan Fransanın üzv olduğu NATO-nun deyil, KTMT-nin üzvüdür və bu təşkilatın baş katibi bildirib ki, Azərbaycanın daxili işlərinə qarışa bilmərik. Belə olan halda Fransa hansı haqla Azərbaycanın daxili işlərinə qarışmalıdır?
Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə də Fransa prezidenti Emmanuel Makron mane oldu. Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 4 görüşü olmuşdu və proses faydalı istiqamətdə cərəyan edirdi.

Azərbaycan əleyhinə açıqlamalar verən, parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edən Fransanın prezidenti növbəti görüşə qatılmaq istədikdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin mövqeyi qəti oldu: “Fransa sülh danışıqlarında iştirak edə bilməz”. İtirən Fransadır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir