Deputat : “Rəsmi Tehran səmimidirsə, bu terrorun şəffaf araşdırlması üçün əlindən gələni əsirgəməsin”

Millət vəkili, Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Arzu Nağıyev Azərbaycanın İrandakı səfirliyinə olan terror hücumunu Moderator.az-a şərh edib:

“Azərbaycanın İrandakı səfirliyində baş vermiş hadisə birmənalı şəkildə terror aktıdır. Əgər burda “Kalaşnikov” avtomatından istifadə olunursa, deməli, məqsəd qanlı olay törətmək olub və əldə olunan foto-videomateriallar da sübut edir ki, ķ9z şəhid olub, iki nəfər də yaralanıb.

Turanın səsi ” xəbər verir bu barədə Milli Məclisin deputatı Arzu Nağıyev mətbuata açıqlamasında deyib.

Zənnimcə, bu olayla bağlı bir neçə istiqamətdə araşdırma aparılmalıdır. Birincisi, İran xüsusi xidmət orqanları ilə birgə Azərbaycan tərəfinin müvafiq qurumları da bu araşdırmada iştirak etməlidir. İran dövləti buna cavab verməlidir və rəsmi Tehran səmimidirsə, terror olayının şəffaf araşdırlması üçün əlindən gələni əsirgəməməlidir. İran tərəfi həmin səfirliyin ərazisinin təhlükəsizliyini qorumağa borclu idi və baş verən terror hadisəsi həm də Azərbaycanın ərazisinə təcavüz kimi də qiymətləndirilə bilər. Burada başda Ermənistanın xüsusi xidmət orqanları başda olmaqla onsuz da gərgin olan Azərbaycan-İran münasibətlərinin daha da dramatikləşməsində maraqlı olan qüvvələrin və dövlətlərin də barmağı ola bilər. İran tərəfi Azərbaycandan daha çox maraqülı olmalıdır ki, bu olay bütün detallarındək araşdırılsın və günahkarların dairəsi müəyyənləşdirilərək ifşa edilsin. Eyni zamanda İranın Azərbaycandakı səfiriliyinin də mühafizəsi gücləndirilməlidir. Hesab edirəm ki, İran rəhbərliyi baş verən hadisə ilə bağlı Azərbaycanın narahatçılığını və haqlı qəzəbini anlayır və buna adekvat səmimi reaksiya sərgilənəcək”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir