Vasif Talıbovun qardaşı saxlanıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması barədə xəbər yayılıb.

Turanın səsi ” Axar.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Məhərrəm Talıbov Naxçıvandakı anti-korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Məhərrəm Talıbovun mobil telefonuna zəngə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırıb.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq, o zaman onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir