TƏBİB-də İctimaiyyətlə əlaqələr və marketinq departamenti yaradılıb

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yeni strukturuna əsasən, ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq, ictimai nüfuzun yüksəldilməsi məqsədilə yeni departament yaradılıb.

TƏBİB-dən “turanın səsi ” nə bildirilib ki, yeni yaradılan İctimaiyyətlə əlaqələr və marketinq departamentinin tərkibində İctimaiyyətlə əlaqələr və Marketinq şöbələri fəaliyyət göstərəcək. Departamentin fəaliyyəti TƏBİB-in kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr sahəsində işini təşkil etmək, qurumun marketinq strategiyasını müəyyən etmək, tədbirlərin təşkilini həyata keçirmək, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr, marketinq və tədbirlərin təşkili sahəsini koordinasiya etməkdən ibarətdir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri vəzifəsinə Zamirə Ədilova təyin olunub.

O, bu təyinatadək TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri olub.

Z.Ədilova uzun müddət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İctimaiyyətlə əlaqələr üzrə menecer, SOCAR-ın Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Səmərəli fəaliyyətinə görə dəfələrlə “Fəxri fərman” və “Təşəkkürnamə” ilə təltif olunub. Bir çox jurnalist müsabiqəsinin qalibi, ictimaiyyətlə əlaqələr, risk kommunikasiyası, idarəetmə üzrə təlimlərin iştirakçısı, 100-dən çox publisistik, 1 elmi məqalənin müəllifidir.

Qeyd edək ki, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanına uyğun olaraq TƏBİB-in strukturu təkmilləşdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir