Gələn həftə Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, Ağalı kəndində 200 evdən ibarət qəsəbə salınıb.

O, Real TV-yə müsahibəsində deyib: “Artıq orada 41 ailə yaşayır. Ümumilikdə, mərhələli şəkildə 200 ailəni köçürəcəyik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir