Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar olaraq yanvarın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirilib. Aksiya ölkəmizin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını qoruyan, vətənin müdafiəsində dayanan   hərbçilərimizin sağlamlığının qorunmasına kömək məqsədi daşıyıb.

Turanın səsi ” xəbər verir ki , Müdafiə Nazirliyinin Baş klinik hospitalının səyyar qan tədarükü bölməsinin 12 nəfərdən ibarət həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin  əməkdaşları könüllü donor kimi qan verib.

Tədarük olunan qan nümunələri Baş klinik hospitalının səyyar qan tədarükü bölməsində yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiya iştirakçıları xidməti vəzifələrini rəşadətlə yerinə yetirən hərbçilərimizin sağlamlığının qorunması üçün qan verməyin xeyirxah  iş olduğunu bildiriblər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər. Hazırda Dövlət Komitəsində və onun tabeliyində olan strukturlarda çalışan ümumilikdə, 1395 məcburi köçkün, 43 şəhid ailəsi üzvü, 20 müharibə əlili və 114 müharibə veteranı var. Onların əksəriyyəti bu gün keçirilən aksiyada fəal iştirak ediblər.

Xatırladaq ki, Dövlət Komitəsində Müdafiə Nazirliyi ilə birlikdə “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası artıq üçüncü dəfə keçirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir