Yeni nazir müavini kimdir? – DOSYE

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

turaninsesi.az ” xəbər verir ki, bu gün o, nazirliyin kollektivinə təqdim edilib.

A. Səmədzadə bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib. 

O, Ədliyyə Nazirlihyində İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi vəzifəsində çalışıb.

2015-ci ilin noyabrında ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

Ağakərim Səmədzadə 2024-cü ilin mayında Ədliyyə Nazirliyindəki vəzifəsindən azad edilib.

Arzu Paşaqızı