Deputat : “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun tədbirində iştirak edib

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun vurulub.

Dekabrın 13-də Avropa İttifaqının, BMT-nin Əhali Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman və Elm və Təhsil nazirliklərinin, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, kampaniyaya cəlb olunmuş təhsil müəssisələrinin, Milli Məclisin deputatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə layihənin bağlanış mərasimi keçirilib.

Turanın səsi ” xəbər verir ki , Tədbirin rəsmi hissəsindən sonra layihənin gedişatını əks etdirən video-hesabat nümayiş etdirilib, “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda final debat oyunu təşkil olunub.

Tədbirin sonunda debat forumunun fərqlənən iştirakçıları mükafatlandırılıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir