Baş nazirin sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Turanın səsi”  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İclasın gündəliyində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən” biri olan “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın yaradılmasından çıxış edərək İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunun təşviqinə yönəlmiş qanunvericiliyə dəyişiklik layihələri, o cümlədən, elmi tədqiqat və kadr hazırlığı proqramları ilə yanaşı, texnopark, vergi, sosial müdafiə, gömrük, miqrasiya qanunvericiliyinə dəyişikliklər, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə son dəyişikliklər, monetar siyasət və banklararası bazarın inkişafı məsələləri ətraflı müzakirə olunub.

İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib.

Yekunda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

https://youtu.be/L1B2n366H5I

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir