BMT-nin Baş katibindən yeni virusla bağlı TƏCİLİ AÇIQLAMA
BMT-nin Baş katibi Antoniu Quterreş hantavirus təhlükəsinin qarşısını almaq üçün çağırış edib.
“turaninsesi.az ” xəbər verir ki, o, çağırışını “X” sosial şəbəkəsində yayımlayıb.
A.Quterreş İspaniya hökumətinə və digər aidiyyəti qurumlara virusla mübarizəni beynəlxalq həmkarları ilə sıx koordinasiya şəraitində idarə etdiklərinə görə təşəkkürünü bildirib.
O vurğulayıb ki, hazırda virusun yaratdığı ictimai sağlamlıq riski aşağı səviyyədə qalsa da, beynəlxalq səhiyyə tədbirlərinin hər kəsin, o cümlədən “MV Hondius” gəmisinin sərnişinləri və heyət üzvlərinin təhlükəsizliyini təmin etməsi vacibdir.
Arzu Paşaqızı