Rəhbər vəzifələrdən nazir müavinliyinə: Ramil Əzməmmədov KİMDİR?
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib. Nazir bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub.
“turaninsesi.az ” yeni vəzifəyə təyin olunan Ramil Əzməmmədovla bağlı bir sıra məqamları təqdim edir:
Kənd Təsərrüfatı Nazirinin müşaviri vəzifəsinə təyin edilən Ramil Əzməmmədov aqrar sektor, aqrotexnologiyalar və idarəetmə sahəsində təcrübəyə malik mütəxəssisdir.
O, 2025-ci ilin may ayından etibarən Azərbaycan Tingçilik Assosiasiyasının sədri vəzifəsində çalışıb. R.Əzməmmədov həmçinin “Grand-Agro İnvitro” MMC-nin rəhbəri olub.
Fermerlər üçün dəqiq kənd təsərrüfatı texnologiyaları və aqronomik məsləhət xidmətləri təqdim edən “Dr. Agro” (AgriTech) platformasına rəhbərlik edib.
Aqrar sahədə tədqiqat və inkişaf (R&D), “Azərsşəkər” MMC kimi iri aqrar holdinqlərdə layihə meneceri və koordinasiya işlərində yer alıb.
Arzu Paşaqızı