Vitse-spiker Adil Əliyev beynəlxalq elm olimpiadalarının qalibi olan gənclərlə görüşüb

“Turanın səsi “ xəbər verir ki , Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev rəhbərlik etdiyi komitənin iş planına uyğun olaraq, dekabrın 8-də növbəti dəfə elm olimpiadalarının qalibləri olan gənclərlə görüş keçirib. 

Müxtəlif sahələr üzrə  təşkil edilmiş olimpiadaların qaliblərini Milli Məclisdə salamlayan vitse-spiker gənclərə Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritetlərdən birinin də məhz yeniyetmələrin, gənclərin elmli, təhsilli, fiziki və mənəvi baxımdan sağlam, layiqli vətəndaşlar kimi formalaşmasının olduğunu qeyd edib. O, bildirib ki, gənclər və elm sahəsi  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqət mərkəzindədir və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təhsil layihələri bu sahənin inkişafına misilsiz töhfələr verir. Adil Əliyev diqqətə çatdırıb ki, ölkəmizdə gənclər, elm və təhsil sahələrində həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar. Vitse-spiker dövlət başçısının bu sahələrə dair imzaladığı fərman və sərəncamların xüsusi əhəmiyyətini vurğulayıb. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərdən söz açan sədr müavini, bizim qalib ölkənin vətəndaşları olduğumuzu, qazanılmış tarixi Zəfərdən hər birimizin qürur duyduğunu bildirib. O, qeyd edib ki, bu tarixi Zəfər hamımız kimi, gənclərdən də daha məsuliyyətli, daha vətənpərvər və daha savadlı olmağı tələb edir. Çünki Zəfərimizdən sonra müxtəlif xarici qüvvələrin Azərbaycana qarşı qısqanclığı və təxribatçı addımları belə halların qarşısının alınmasında gənclərimizin əsas qüvvə kimi çıxış etməsini vacib edir. Gənclərimiz elm və təhsildə də uğurlu olmalı və yeni-yeni nailiyyətlər əldə edərək millətimizin, dövlətimizin gücünə güc qatmalıdırlar. Çünki gənclərimizin uğuru xalqımızın, dövlətimizin uğurudur. 

Görüşdə iştirak edən gənclər onlara göstərilən yüksək diqqət və qayğıya, habelə səmimi görüşə görə minnətdarlıqlarını bildiriblər, bundan sonra da yüksək səylə çalışacaqlarını diqqətə çatdırıblar. Görüş gəncləri maraqlandıran mövzuların müzakirəsi ilə davam edib.

Daha sonra Milli Məclis sədrinin müavini gənclərlə bərabər parlamentin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi  önünə gələrək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Adil Əliyev gəncləri parlamentin foyesində yaradılmış “Zəfər Guşəsi” ilə də tanış edib. 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir