Slovakiya parlamentinin nümayəndə heyəti Füzuli, Şuşa, Xankəndi və Ağdam şəhərlərinə səfər edib

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti mayın 15-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub.


Nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, parlamentin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və digər rəsmi şəxslər müşayiət ediblər.

Arzu Paşaqızı