Sahibə QafarovaMDB PA-nın Şura iclasında çıxış edib

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.


Spiker Sahibə Qafarova iclasda çıxış edərək, müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox mühüm rol oynayır. Sahibə Qafarova vurğulayıb ki, Assambleyanın müşahidə missiyalarının ölkələrimizdə keçirilən seçkilərdə iştirakı sadəcə monitorinq prosesi deyil, eyni zamanda, həmrəyliyin və qarşılıqlı dəstəyin təzahürüdür.

Arzu Paşaqızı