Sahibə Qafarova Zimbabve Respublikası Parlamentinin sədri Yakob Mudenda ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb.


Əvvəlcə Zimbabve Respublikası Parlamentinin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudenda arasında təkbətək görüş keçirilib.
Görüşdən sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.
Zimbabve Respublikası Parlamentinin sədri Yakob Mudenda Xatirə kitabını imzalayıb.
Görüşdə Azərbaycan ilə Zimbabve arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğu bildirilərək, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu qeyd edilib. Zimbabve Respublikasının Prezidentinin ölkəmizə dövlət səfəri etdiyi, səfər zamanı ölkə başçıları arasında səmərəli müzakirələrin aparıldığı xatırladılıb.

Arzu Paşaqızı