Sahibə Qafarova Kolumbiya Universitetində çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir.

Səfər çərçivəsində parlamentin sədri Kolumbiya Universitetində “Qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi: Parlament, davamlı inkişaf və Azərbaycanın iqlim gündəliyi” mövzusunda çıxış edib.


Milli Məclisin sədri çıxışında qlobal öhdəliklərin milli səviyyədə konkret siyasətə və fəaliyyətə çevrilməsinin vacibliyindən danışıb.
O, bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri qlobal xarakter daşısa da, onların reallaşdırılması, ilk növbədə milli səviyyədə həyata keçirilən siyasətdən, qanunvericilikdən və konkret layihələrdən asılıdır. Bu baxımdan, qlobal hədəflərin milli prioritetlərlə uzlaşdırılması və əldə olunan nəticələrin davamlılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Arzu Paşaqızı