Sahibə Qafarova Çin Xalq Respublikasının Baş prokuroru ilə görüşüb
Avqustun 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri bu səfərin Azərbaycan və Çin arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, həmçinin prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Spiker 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən illər ərzində münasibətlərimizin dostluq, qarşılıqlı hörmət və dəstək əsasında inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib.


Arzu Paşaqızı