Sahibə Qafarova Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüşüb.


Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Sahibə Qafarova Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və tərəfdaşlıq münasibətlərindən söz açıb. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm əhəmiyyəti vurğulanaraq, bu dinamikanın bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Arzu Paşaqızı