Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahı yaradılacaq

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahı yaradılacaq.

Bu barədə qərar Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qəbul olunub.

50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-a yaxın nümayəndənin iştirak etdiyi konfransda həmçinin İstanbul Bəyannaməsi qəbul olunub. Bundan başqa konfrans iştirakçıları Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərar qəbul edib.

Arzu Paşaqızı