Qazilərin müraciətləri müsbət həll olunub

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Müşfiq Cəfərov seçicilərin növbəti qəbulunu keçirib.

Keçirilən qəbulda iki qazimiz – Musayev Yusif Məhəbbət oğlu və Əliyev Etibar Eyyub oğlu da iştirak edib.

44 günlük Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə yaralanan Yusif Musayev bundan öncə deputatın qərargahına əlilliyinin təyin olunması ilə bağlı üzləşdiyi problemə görə müraciət etmişdi. Qazimiz qəbulda bildirdi ki, müraciəti dərindən araşdırılıb və məsələ qanunvericiliyin tələblərinə uyğun şəkildə öz həllini tapıb və artıq əlilliyi təsdiq olunub.

Qazi Etibar Quliyev də sosial şəbəkələrdə yayılan görüntüsünə deputatın dərhal reaksiya göstərməsinə, problemləri ilə yaxından maraqlanmasına görə təşəkkür edib. Etibar Quliyev bildirib ki, artıq onun da əlilliyi təsdiq olunub.

Hər iki qazimizin probleminin həll olunmasında köməklik göstərən, yaranmış anlaşılmazlığın aradan qaldırılmasında iştirak edən şəxslərə və qurumlara öz minnətdarlıqlarını bildiriblər.

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir