Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.
Milli Məclisin sədrini salamlayan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç bildirib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və iki ölkə arasında münasibətlər günbəgün inkişaf edir. Serbiya Milli Assambleyasının sədri Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etdiyinə görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib.
Milli Assambleya sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirib.

Arzu Paşaqızı