Milli Məclisdə görüş
İyulun 3-də Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Beynəlxalq Səhiyyə Menecmenti Konqresində iştirak etmək məqsədilə ölkəmizə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Səhiyyə naziri Hakan Dinçyürek və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin üzvü Ahmet Savaşan ilə görüşüb.
Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu ifadə edərək, Azərbaycan ilə ŞKTC arasında münasibətlərin qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsipləri əsasında bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.
Arzu Paşaqızı