Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib.

Sentyabrın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib.
Milli Məclisin sədri payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker deputatlara payız sessiyasının başlanması münasibəti ilə təbriklərini çatdırıb və səmərəli fəaliyyət arzulayıb.
Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, bildiyiniz kimi, sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilan istiqamətlərində geniş miqyaslı təxribatlar törədiblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində bu təxribatların qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qoyulub, onların həmin bölgədəki əsas hərbi infrastrukturu darmadağın edilıb.
Bu da xüsusi qeyd edilməlidir ki, baş vermiş təxribatlara və çoxsaylı itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Aydındır ki, Ermənistanın bu cür təxribatlarda əsas məqsədi sülh prosesini pozmaq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə mane olmaqdır.
Sahibə Qafarova bildirib ki, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönələn silahlı hücumun dəf edilməsi zamanı, təəssüf ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında da itkilər olub.
Sonra spikerin təklifi ilə sentyabr ayının 13-də düşmən təxribatlarının qarşısının alınması zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədri şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı, yaralı hərbçilərimizə isə şəfa diləyib.
Sonra Milli Məclisin sədri xatırladıb ki, dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Spiker diqqətə çatdırıb ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövrü onun yorulmaz fəaliyyəti ilə bilavasitə bağlıdır. Məhz Ümummilli liderimizin sayəsində xalqımız, əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya və ardıcıl inkişaf yoluna çıxara bilmişdir. Ulu öndərin başladığı möhtəşəm işlər bu gün olun layiqli siyasi varisi cənab İlham Əliyev tərəfindən dəyişən dövrün tələblərinə uyğun şəkildə yaradıcı surətdə davam etdirilir. Heydər Əliyevin vəsiyyətini yerinə yetirməklə Qarabağın 30 illik işğaldan azad edilməsi də bu dahi şəxsiyyətin xatirəsinə ən böyük ehtiramın təcəssümüdür.
Sahibə Qafarova vurğulayıb ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu öndərin misilsiz xidmətlərinə verilən yüksək dəyərin bariz ifadəsi kimi qiymətləndirilməlidir.

TURANIN SƏSİ” Təsisçi və baş redaktor : Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir