Bu şəxslər 7 min manat cərimələnəcək
Milli Məclisdə III oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə kraudfandinq və valyuta tənzimi qaydalarının pozulmasına görə cərimələr müəyyənləşib.
“turaninsesi.az ” xəbər verir ki, Kraudfandinq platformasının operatorları üçün nəzərdə tutulan cərimə məbləğləri aşağıdakı kimidir:
Məlumatların açıqlanmaması və ya dərc edilməməsinə görə: vəzifəli şəxslərə 1500 – 2000 AZN, hüquqi şəxslərə 3000 – 4000 AZN;
Mərkəzi Banka hesabatların verilməməsi, gecikdirilməsi və ya təhrif edilməsinə görə: vəzifəli şəxslərə 1000 – 1500 AZN, hüquqi şəxslərə 2000 – 3000 AZN;
Sənədlərin və məlumatların saxlanılması qaydalarının pozulmasına görə: vəzifəli şəxslərə 500 – 600 AZN, hüquqi şəxslərə 1000 – 1500 AZN;
Pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə: vəzifəli şəxslərə 2000 – 3000 AZN, hüquqi şəxslərə 6000 – 7000 AZN;
Kraudfandinq kampaniyalarının keçirilməsi qaydalarının pozulmasına görə: vəzifəli şəxslərə 2000 – 3000 AZN, hüquqi şəxslərə 4000 – 5000 AZN.
“Valyuta tənzimi haqqında” Qanuna uyğun olaraq xaricə köçürmələrlə bağlı təsdiqedici sənədləri təqdim etməyənlər və ya xaricdən ölkəyə qaytarılmalı olan valyutanı müvəkkil bank hesablarına köçürməyənlər xətanın obyekti olan valyuta vəsaiti məbləğinin:
Fiziki şəxslər: %5-indən %10-nadək;
Vəzifəli şəxslər: %10-undan %20-nədək;
Hüquqi şəxslər: %20-indən %30-nadək məbləğdə cərimə ediləcəklər.
Arzu Paşaqızı
Arzu Paşaqızı