Komitələrin birgə iclasında2027-ci ilin Büdcə Zərfinə daxil olan sənədlər müzakirə olunub
Noyabrın 5-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda müzakirə edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihələrini müzakirəyə təqdim edərək bildirib ki, sosial siyasət Azərbaycan dövlətinin daxili siyasətində daim prioritet yer tutub.Vurğulanıb ki, cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əhalinin rifahının yüksəldilməsi istiqamətində tədbirlərin genişləndirilməsi ilə bağlı müəyyən etdiyi prioritetlər 2027-ci ilin büdcəsində də nəzərdə tutulub.

Arzu Paşaqızı