İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib.
Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri barədə danışan komitə sədri bildirib ki, büdcə zərfi iqtisadiyyatın inkişafını və iqtisadi fəallığın artırılmasını təmin edən mexanizmləri, stimullaşdırıcı tədbirləri, habelə vergi güzəştlərini özündə ehtiva edir.
Maliyyə Nazirliyi Aparat rəhbərinin müavini Asif Qasımov gündəliyin birinci məsələsi- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Arzu Paşaqızı