İƏT Pİ-nin daimi komitələrində

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir. İyunun 23-də sessiya işini daimi komitələrin iclasları ilə davam etdirib.


Siyasi Məsələlər və Xarici Əlaqələr üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclasında Azərbaycan parlamentariləri – Milli Məclisin komitə sədri Səməd Seyidov, deputatlar Ceyhun Məmmədov və Zaur Şükürov iştirak ediblər.


İclasa İƏTPİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov sədrlik edib. O, çıxışında Azərbaycanın müsəlman dünyasındakı proseslərə böyük diqqətlə yanaşdığını, İslam ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərdiyini vurğulayıb. İclasın moderatoru gündəliyi təqdim edərək, məsələlərə münasibət bildirib.

Arzu Paşaqızı