Hüquq siyasəti və dövlət quruculuğu komitəsində

Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini söyləyib.Əvvəlcə, komitədə “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.Komitə sədri Əli Hüseynli Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunların qəbul edildiyini bildirib. O, bu gün ölkə Prezidenti tərəfindən Dövlət Qulluğu Məcəlləsinin parlamentə təqdim edildiyini və bunun dövlət qulluğu ilə bağlı mühüm əhəmiyyətə malik hüquqi sənəd olduğunu vurğulayıb.

Arzu Paşaqızı