Əmək və sosial siyasət komitəsinin iclasında

Aprelin 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.


Komitə sədri Musa Quliyev iclasda iki məsələnin – Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.
Komitə sədri gündəliyin ilk məsələsi – Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin əmək münasibətlərinin daha konkret, obyektiv və şəffaf şəkildə tənzimlənməsidir.

Arzu Paşaqızı