Deputatlar spikerin bu təklifini alqışlarla dəstəklədi
Milli Məclis 15 iyun – Milli Qurtuluş günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
“turaninsesi.az ” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən iclasda çıxış edib.
O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın çağırışı idi: “Bununla da, Azərbaycan davamlı inkişaf yoluna çıxıdı, ölkəmiz beynəlxalq mərkəzə çevrildi”.
Spiker bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir:
“Torpaqlarımızın 30 illik işğalına son qoyulması, suverenliyimizin bərpası, hər il artan siyasi nüfuzumuz bunun bariz göstəricisidir”.
Deputatlar təklifi alqışlarla dəstəkləyib.
Arzu Paşaqızı