Deputatımız Lissabona səfər edəcək

Milli Məclisin deputatı, AŞPA-nın İctimai sağlamlıq və davamlı inkişaf üzrə alt komitəsinin sədri Nigar Arpadarai UNİTE Qlobal Sağlamlıq Konfransında iştirak etmək üçün dekabrın 4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfər edəcək.

Konfransda səhiyyə sisteminin gələcəyi, pandemiyalara hazırlıq və cavab tədbirləri, sağlamlıq insan hüquqlarının tərkib hissəsi kimi mövzular müzakirə ediləcək. Müzakirələrdə Dayanıqlı İnkişaf Məqsədlərində irəliləyişlərin əldə olunması və bu prosesə parlamentarilərin töhfəsi barədə fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 6-da başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir