Belçika və Niderland parlamentlərinin 2026-cı il 16 aprel tarixli qətnamələrinə Azərbaycan Respublikası Milli Məclisinin Münasibəti
Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir.
Azərbaycan və Ermənistan arasında mövcud olmuş münaqişənin tarixini və nəticələrini təhrif edən, ənənəvi anti-Azərbaycan, islamofob dairələrin qeyri-sağlam və irqçi təxəyyülündən irəli gələn bu sənədlər beynəlxalq hüququn və qanunun aliliyinin kobud şəkildə pozulması, regionda davam edən və həssas mərhələdən keçən sülh prosesinə qarşı təxribatdır.
Arzu Paşaqızı