Adil Əliyev : Şəhid kapitan Əsəd Həsənovun xatirəsinə həsr edilmiş “Vəsiyyət” filminin təqdimat mərasimində iştirak etdi

Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə Qərargah rəisi olmuş və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində xüsusilə fərqlənmişdir. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allah şəhidlərimizə rəhmət eləsin.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir