Adil Əliyev :Milli Məclis Sədrinin təşəbbüsü ilə pulsuz hüquqi yardım aksiyası təşkil edilir.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin təşəbbüsü ilə keçirilən hüquqi yardımla bağlı silsilə tədbirlərin davamı olaraq, “8 Noyabr – Zəfər Günü” münasibətilə Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşkilatçılığı və Vəkillər Kollegiyasının dəstəyi ilə pulsuz hüquqi yardım aksiyası təşkil edilir.

“Femida” Vəkil Bürosunun vəkilləri tərəfindən ərazi məhdudiyyəti olmadan şəhid ailələrinə və qazilərə, eləcə də, 20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə etdiyi ərazidəki hüquqi yardıma ehtiyacı olan şəxslərə 05 noyabr 2022-ci il tarixində saat 10:00-dan etibarən növbəti dəfə ödənişsiz hüquqi yardım göstəriləcəkdir. Hüquqi yardım aksiyası deputat Adil Əliyevin seçki qərargahında – Nərimanov rayonu, Atatürk prospekti 33 C ünvanında təşkil ediləcəkdir.
Əlaqələndirici şəxs: Milli Məclisin Sədr müavininin köməkçisi Bəhruz Müslümov (012 492-83-96; 055 217-45-67) və deputat köməkçisi İftixar Həsənov (055 766-21-35)
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir