1,8 milyard manatlıq borc bağlanıb – Nazir

“Debitor borclarla bağlı məsələyə konseptual və kompleks baxılmalıdır”.

turaninsesi.az ” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2025-ci ildə iri infrastruktur layihələr çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib: 

“Eyni zamanda, ötən il ərzində 1 milyard 797 milyon manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb. Qeyd edim ki, 2025-ci il ərzində təşkilatların avans qalıqlarına dair məlumatlar tərəfimizdən təhlil edilmiş və həmin məlumatlar əsasında zəruri tədbirlərin görülməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən 120 təşkilata müvafiq tapşırıqlar verilib”.

Arzu Paşaqızı