Müdafiə Nazirliyində iranlı generalla görüş keçirildi

“ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Birliyin Gücü – 2026” birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək məqsədilə İran Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

“turaninsesi.az ” xəbər verir ki, beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Müdafiə nazirinin birinci müavini – Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəni ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil, və tibb sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Arzu Paşaqızı