Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin həqiqi hərbi xidmətə və işə qəbulunu elan edir

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

Bu barədə “Turanın səsi”Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi hərbi xidmətini başa vuranlar) və qadınlar, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.
Namizədlər Müdafiə Nazirliyinin Tibb İdarəsinə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3) və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər. Müraciət edənlərin nəzərinə çatdırırıq ki, vakant mülki və hərbi vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.
Qeyd: Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-a kimi müraciət edə bilərlər.
Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.
Əlavə məlumat üçün:
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3
Əlaqə nömrəsi: (012) 530-20-47
Elektron poçt ünvanı: tbi-dost@mod.gov.az

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir