“İlham Əliyev – sərkərdəlik faktoru” mövzusunda “dəyirmi masa” keçiril

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “İlham Əliyev – sərkərdəlik faktoru” mövzusunda “dəyirmi masa” keçirilib.

Bu barədə “Turanın səsi” Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Qeyd olunub ki, bu gün Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Vətən müharibəsində Azərbaycan Ordusu gücünü və nəyə qadir olduğunu bütün dünyaya bir daha sübut etdi.
Tədbirin sonunda iştirakçılara “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı təqdim olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir