2027-ci ilin büdcəsi açıqlandı

2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.

Bu barədə “turaninsesi.az “a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, gələn il dövlət büdcəsinin gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625 milyon manat və ya 1,6 faiz çox olacaq.

Dövlət büdcəsinin xərclərinin isə 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artacağı gözlənilir.

2027-ci il üzrə büdcə kəsirinin 3 milyard 166 milyon manat təşkil edəcəyi və ümumi daxili məhsulun 2,2 faizinə bərabər olacağı proqnozlaşdırılır.

Arzu Paşaqızı