Azərbaycanın strateji valyuta ehtiyatları 60 milyard dollara çatıb

Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 12,3% və yaxud 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard ABŞ dollarına çatıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Qurum bəyan edib ki, 9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30,7%-i səviyyəsində qalıq yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam edib. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23,5 milyard ABŞ dolları və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çox müsbət saldo yaranıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN

WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir