Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb

Dekabrın 28-də Milli İncəsənət Muzeyində görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan “Tək inci” adlı sərgi açılıb.

Turanın səsi”  xəbər verir ki, sərgidə mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri iştirak edib.

60-a yaxın dəyərli sənət əsərinin ziyarətçilərə təqdim olunduğu sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, S.Bəhlulzadənin Ev-Muzeyi, Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Altay Hacıyevin şəxsi kolleksiyasında saxlanılan Xan qızına məxsus şəxsi əşyaları, əlyazmaları, eləcə də Azərbaycanın görkəmli rəssam və heykəltəraşı tərəfindən yaradılan Natəvan obrazını görmək mümkündür.

Həmçinin, Maral Rəhmnazadə, Oqtay Sadıqzadə, Ömər Eldarov, Altay Hacıyev və başqa sənətkarların yüksək yaradıcılıq məhsulu kimi ərsəyə gələn “Natəvan obrazları” sərginin diqqətəlayiq eksponatlarındandır.

Qeyd edək ki, incə zövqü ilə seçilən Natəvanın bir rəssam kimi bədii fəaliyyətində “Gül dəftəri” adlandırılan albomunun xüsusi rolu var. Bu albomunda on üç qəzəli ilə yanaşı sulu boya və karandaşla çəkdiyi gül və bitki təsvirlərinə, mənzərələrə rast gəlmək olar. “Bülbül və qızıl gül”, “Sərçələr”, “Pərvanə və şam” kimi lövhələri şairənin lirik qəzəlləri ruhunda çəkilmiş illüstrasiyalarındandır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir