Sığınacaq sakinləri üçün art-terapiya – “Sənətlə toxunuş”

“Cultural Network House” İctimai Birliyinin (İB) “Sənətlə toxunuş” adlanan art-terapiya layihəsi start götürüb.
İB-dən bildirilib ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir. Art-terapiya metodu ilə keçirilən layihə “Təmiz dünya qadınlara yardım” İctimai Birliyinin yeniyetmə və gəncləri üçün, birliyin daxilində həyata keçirilir.
“Sənətlə toxunuş” layihəsinin məqsədi, sosial-psixoloji vəziyyəti gərgin olan və sığınacaqda yaşayan uşaqlarda art-terapiya metodu vasitəsilə emosional vəziyyətin yaxşılaşdırılmasına və sabitləşdirilməsinə, stresin azaldılmasına, özgüvənin artırılmasına və bu şəxslərin cəmiyyətə təkrar uyğunlaşmasına dəstək olmaqdır.
Təlimlər bir həftə boyunca sığınacaqda davam edəcək. Bu müddət ərzində birlik cəmiyyət və digər vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq təşkilatlar və özəl sektor təmsilçilərinin diqqətini art-terapiyanın faydaları və bu növ layihələrə olan ehtiyaca çəkməyi hədəfləyir.
İB-nin təşkil etdiyi mədəniyyət və incəsənət layihələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təmsili və təbliğinə xidmət etməyə davam edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir